Qaynar xətt:

(+99450) 247 90 86

Əvəz Zeynallı bu maddə ilə ittiham edilir

KRİMİNAL

202

11.09.2022, 00:08

"Xural TV"nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Bu barədə onun vəkili Aqil Layıc canlı yayımda məlumat verib.

O bildirib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.